ABŞ Filippində Çinə qarşı raket kompleksləri yerləşdirəcək

Dünya

18.02.2026 08:15

ABŞ Cənubi Çin dənizi regionunda Çinə qarşı durmaq üçün Filippində raket sistemləri və digər silah növləri yerləşdirmək niyyətindədir.

TodayPress TV bildirir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri ABŞ Dövlət Departamentinin Manilada keçirilən illik danışıqların yekunlarına dair bəyanatına istinadən xəbər verir.

ABŞ və Filippin birgə bəyanatda Çinin Cənubi Çin dənizindəki hərəkətlərini "qanunsuz və yanıldıcı" adlandıraraq pisləyiblər. Yeni bəyanatda məhz hansı silahların əlavə olaraq yerləşdirilməsinin planlaşdırıldığı dəqiqləşdirilmir. Yalnız o bildirilir ki, tərəflər "ABŞ-nin qabaqcıl raket və pilotsuz sistemlərinin Filippində yerləşdirilməsinin artırılması üzərində işləyəcəklər".

WSJ-nin məlumatına görə, Filippin Tayvan ətrafında baş verə biləcək mümkün hərbi münaqişədə ABŞ strategiyasının əsas elementi kimi nəzərdən keçirilir.

TodayPress TV

tag: ABŞ, Çin,Filippin, Raket, todaypress.tv,