ABŞ-dən Orbana açıq dəstək: Vens Macarıstana gəldi

ABŞ-dən Orbana açıq dəstək: Vens Macarıstana gəldi
07.04.2026 13:46 Dünya

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Macarıstana rəsmi səfərə gəlib.

TodayPress TV RT-yə istinadən xəbər verir ki, o, parlament seçkiləri ərəfəsində Baş nazir Viktor Orban ilə görüşəcək.

Məlumata görə, Vensi hava limanında Macarıstanın xarici işlər naziri Peter Siyarto qarşılayıb.

Bildirilir ki, səfər 7–8 aprel tarixlərini əhatə edir və əsas məqsədlərdən biri hakim "Fides" partiyasına dəstək göstərməkdir:

“Vens seçiciləri Orban və onun partiyasını dəstəkləməyə çağırmağı planlaşdırır”.

"The New York Times" nəşri qeyd edir ki, bu səfər ABŞ üçün Macarıstandakı seçkilərin xarici siyasət baxımından əhəmiyyətini göstərir.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər