ABŞ-dən İsraildəki vətəndaşlarına təcili xəbərdarlıq: “Hazır olun!”
ABŞ-nin Qüdsdəki səfirliyi İsraildə yaşayan və ya ölkədə səfərdə olan vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı yayıb.
TodayPress TV xəbər verir ki, xəbərdarlıqda bölgədə gərginliyin gözlənilmədən arta biləcəyi bildirilib. Bu səbəbdən vətəndaşlara mümkün uçuş ləğvləri, hava məkanının bağlanması və səyahətlərdə yarana biləcək fasilələrə hazır olmaları tövsiyə edilib.
Bununla yanaşı, amerikalılara yaşadıqları və ya olduqları əraziyə ən yaxın sığınacaqların yerini əvvəlcədən müəyyənləşdirmələri də məsləhət görülüb.