ABŞ-dən Ermənistana nümayəndə heyəti gəldi
ABŞ-nin gömrük və sərhəd təhlükəsizliyi üzrə nümayəndə heyəti Ermənistana səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat verib.
Səfər 2025-cü il avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlər çərçivəsində “Tramp marşrutu” layihəsinin Sünik vilayəti üzərindən həyata keçirilməsi məqsədi daşıyır.
Bildirilib ki, amerikalı mütəxəssislər sentyabrın 29-dan oktyabrın 11-nə qədər Ermənistanın sərhəd qüvvələrinin imkanlarını qiymətləndirəcəklər. Məqsəd isə təkmilləşdirilməyə ehtiyacı olan sahələri müəyyən etmək və təhlil aparmaqdır.
Aysel Mətləb