ABŞ-də təyyarə yaşayış massivinin ortasına düşüb
Kaliforniyanın San Dieqo şəhərində "Cessna" markalı təyyarə yaşayış massivinin ortasına düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Metro” qəzeti yazıb.
İlkin məlumata görə, təbii fəlakət nəticəsində 15 evə ziyan dəyib. Təyyarə qəzaya uğradıqdan sonra bir neçə avtomobil alovlansa da, yanğın tez bir zamanda söndürülüb. Yerli sakinlər təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.
Töhfə Səməd