ABŞ-də təyyarə qəzaya uğradı: Sağ qalan olmadı

ABŞ-də təyyarə qəzaya uğradı: Sağ qalan olmadı
17.10.2025 12:28 Dünya

Miçiqan ştatının kiçik şəhəri Bət-Taun yaxınlığında yüngül motorlu təyyarə qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “New York Post” hakimiyyət orqanlarına istinadən məlumat verib.

Qəzaya Klark-Roud və Pikok-Roud küçələrinin kəsişməsinə yaxın ərazidə rast gəlinib. Hələlik şəxsiyyətləri müəyyən edilməyən üç sərnişin hadisə yerində həyati əlamətləri olmadan tapılıb.

Qəzanın səbəbi hələ məlum deyil. Hadisə yerində ABŞ Federal Mülki Aviasiya İdarəsinin əməkdaşları işləyir və araşdırmaya kömək edirlər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər