ABŞ-də güclü zəlzələ: Tələfat və dağıntı qeydə alınmadı

ABŞ-də güclü zəlzələ: Tələfat və dağıntı qeydə alınmadı
16.01.2026 09:54 Dünya

ABŞ-nin Oreqon ştatının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "GFZ" Alman Yer Elmləri Tədqiqat Mərkəzi məlumat verib. 

Bildirilib ki, episentrin dərinliyi 10 km olub. Zəlzələnin ocağı isə əvvəlcə 43,77 dərəcə şimal en dairəsində və 127,82 dərəcə qərb uzunluğunda yerləşib.

Zəlzələdən sonra heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb və sunami xəbərdarlığı verilməyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər