ABŞ-də daha bir ukraynalı qaçqın qətlə yetirildi

Dünya

16.02.2026 13:55

ABŞ-nin Şimali Karolina ştatında 21 yaşlı ukraynalı qaçqın Yekaterina Tovmaş güllələnərək öldürülüb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Zərərçəkənin qardaşının sözlərinə görə, səhər saat 7 radələrində Ohayo ştatından yeddi saatlıq yol qət edərək gələn keçmiş sevgilisi Yekaterinanın yaşadığı mənzilə daxil olub. Bildirilib ki, hücum edən şəxs evdə olan azyaşlı bacı-qardaşlardan birini onu oyatmağa məcbur edib və daha sonra yataqda Yekaterinaya atəş açaraq öldürüb. 

“Moore County Sheriff’s Office” fevralın 14-də Vass şəhərinin Vudleyk icmasında baş vermiş ikili qətl faktı üzrə araşdırma aparıldığını açıqlayıb.

İstintaq çərçivəsində Ohayo ştatından olan 25 yaşlı Caleb Hayden Fosno əsas şübhəli şəxs kimi müəyyən edilib.

Qeyd olunur ki, bu, son bir ildə Şimali Karolinada ukraynalı qaçqınla bağlı ikinci oxşar hadisədir. Ötən ilin avqustunda həmin ştatda ukraynalı qaçqın İrina Zarutskaya qatarında bıçaqlı hücum nəticəsində öldürülmüşdü.

Qiymət Mahir

tag: Şimali Karolina ,ABŞ,Yekaterina Tovmaş ,Ohayo ,TodayPress TV,