ABŞ, Danimarka və Qrenlandiya əməkdaşlıq etməyə hazırlaşır

ABŞ, Danimarka və Qrenlandiya əməkdaşlıq etməyə hazırlaşır
15.01.2026 12:06 Dünya

ABŞ, Danimarka və Qrenlandiya fikir ayrılıqlarını həll etmək üçün işçi qrupu yaradacaqlar.

TodayPress TV xəbər verir ki, bu barədə Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen məlumat verib.

Onun sözlərinə görə, Danimarka və Qrenlandiyanın keçə bilməyəcəyi "qırmızı xətlər" var. Lakin, Kopenhagen Vaşinqtona adada daha çox baza açmaq imkanı təklif etməyə hazırdır.

O əlavə edib ki, yüksək səviyyəli işçi qrupu bir neçə həftə ərzində ilk iclasını keçirəcək və iki mövqe arasında kompromis tapmağa çalışacaq.

"Bu həllin mümkünlüyü barədə razılığa gəlməsək də, müzakirələrə yüksək səviyyədə başlamaq məhsuldardır", - deyə diplomat qeyd edib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər