ABŞ Çin təyyarələrinə Rusiyadan uçuşu qadağan edə bilər

ABŞ Çin təyyarələrinə Rusiyadan uçuşu qadağan edə bilər
10.10.2025 12:37 Dünya

ABŞ Nəqliyyat Departamenti Çin aviaşirkətlərinə Rusiyanın hava məkanından istifadəni qadağan etməyi təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mənbələr bildirir ki, Amerika aviaşirkətləri uzun müddətdir Çin şirkətlərinə bu imtiyazın verilməsini tənqid edirlər, çünki ABŞ aviadaşıyıcılarına 2022-ci ildən etibarən Rusiya üzərindən uçuşlar qadağan edilib.

Sərəncam layihəsində qeyd olunur ki, bu vəziyyət iki ölkənin aviasiya bazarında “əhəmiyyətli rəqabət balanssızlığı” yaradıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası bu qərarı oktyabrın 9-da təqdim edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər