ABŞ Avropanı Çinə rüsum tətbiq etməyə çağırır

ABŞ Avropanı Çinə rüsum tətbiq etməyə çağırır
13.08.2025 19:15 Dünya

ABŞ, Çindən Rusiya nefti aldığına görə ona əlavə rüsumlar tətbiq edir və Avropa ölkələrinin də bu tədbirlərə qoşulmasını istəyir. 

TodayPress TV xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Avropanın bu addıma hazır olub-olmadığı hələ dəqiq bilinmir.

O deyib ki, Kanadada keçirilən G7 görüşündə Avropa liderlərinə Çinə qarşı 200 faiz tarif tətbiq etmək təklif edilib, lakin heç kim açıq şəkildə dəstək verməyib.

Bessent əlavə edib ki, ABŞ və Rusiya Prezidentləri Donald Tramp və Vladimir Putinin avqustun 15-də Alyaskada keçiriləcək görüşündən sonra Rusiya əleyhinə sanksiyalar ya sərtləşdirilə, ya da yüngülləşdirilə bilər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər