ABŞ aviaşirkətlərə Meksika hava məkanında ehtiyatlı olmağı tövsiyə edir

ABŞ aviaşirkətlərə Meksika hava məkanında ehtiyatlı olmağı tövsiyə edir
17.01.2026 13:00 Dünya

ABŞ aviasiya orqanları Meksika və Mərkəzi Amerika üzərindəki hava məkanında uçuşlar zamanı ehtiyatlı davranmağı tövsiyə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin Federal Mülki Aviasiya Administrasiyası aviaşirkətlər və pilotlar üçün xüsusi bildirişlər yayımlayaraq bölgədə potensial təhlükəli vəziyyətin mövcud olduğunu açıqlayıb.

Məlumata görə, bu tövsiyələr Meksikanın müəyyən əraziləri, Mərkəzi Amerika ölkələri, Panama, Boqota, Quayakil, Masatlan, eləcə də Sakit okeanın şərq hissəsindəki hava məkanını əhatə edir. Qeyd olunub ki, məsləhət xarakterli bu xəbərdarlıqlar pilotlara rəsmi kanallar vasitəsilə göndərilib.

Tövsiyə 60 gün müddətində qüvvədə qalacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər