ABŞ aviadaşıyıcısında yanğından sonra ciddi nasazlıqlar aşkarlandı

Dünya

25.03.2026 13:05

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gerald R. Ford” aviadaşıyıcısında yanğından sonra ciddi texniki problemlər aşkar edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" Pentaqonun silah sınaqlarına cavabdeh qurumuna istinadən məlumat yayıb.

Məlumata görə, İrana qarşı əməliyyatlarda iştirak edən və yanğın səbəbindən Yaxın Şərqdən ayrılan aviadaşıyıcı hazırda Aralıq dənizində, Krit adasındakı limanda yerləşir.

Ekspertlər gəminin vəziyyəti ilə bağlı narahatlıq ifadə ediblər. Bildirilir ki, mövcud testlər onun əməliyyat qabiliyyətini və əsas sistemlərinin etibarlılığını tam qiymətləndirmək üçün kifayət deyil.

Xüsusilə, reaktiv təyyarələrin buraxılması və qəbul edilməsi sistemi, eləcə də hava hücumlarının aşkarlanması və qarşısının alınması imkanları ilə bağlı suallar qalır.

Bundan başqa, aviadaşıyıcının intensiv uçuş şəraitində necə işləyəcəyi də qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, gəmidə yanğın 12 martda baş verib. Məlumata görə, alov praçka bölməsindəki ventilyasiya hissəsindən başlayaraq sürətlə yayılıb və onun söndürülməsi 30 saatdan çox çəkib.

Qiymət Mahir

tag: ,