ABŞ “Abrams” tanklarının yeni partiyasını Tayvana verdi
Amerika Birləşmiş Ştatları “42 M1A2T Abrams” tankının ikinci partiyasını Tayvana çatdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb.
Qeyd edək ki, tanklar 2019-cu ildə imzalanmış 2,2 milyard dollarlıq müqavilə əsasında Tayvana təhvil verilib.
Müqaviləyə əsasən, Tayvan ABŞ-dən 108 ədəd texnika almalıdır. Onlardan 38-i 2024-cü ilin sonunda təhvil verilib, 28 “Abrams” tankının son partiyası isə 2026-cı ildə təhvil veriləcək .
Aysel Mətləb