ABŞ 500 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək

ABŞ 500 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək
12.06.2025 23:50 Dünya

ABŞ Daxili Təhlükəsizlik Departamenti yüz minlərlə miqranta ölkədə yaşamaq və işləmək icazələrinin ləğv edildiyini və ölkədən getməli olduqlarını bildirən məktub göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bunlar keçmiş prezident Cozef Bayden administrasiyasının başlatdığı humanitar proqram çərçivəsində ABŞ-yə daxil olan Kuba, Haiti, Nikaraqua və Venesuela vətəndaşlarıdır.

Ümumilikdə, “CHNV” kimi tanınan proqram çərçivəsində 530 000-dən çox insan humanitar yardım alıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər