73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır

73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır
16.08.2026 10:00 Dünya

Cənubi Koreya Prezidenti Li Ce Myon Şimali Koreya ilə 1950-1953-cü illər Koreya müharibəsinə rəsmi şəkildə son qoyulması üçün danışıqlara başlamağı təklif edib.

TodayPress TV  bu barədə xarici mediaya istinadən xəbər verir.

Li Ce Myon bildirib ki, tərəflər qarşılıqlı təhdidlərdən imtina etməli və uzun illərdir davam edən qarşıdurmanı sona çatdırmaq üçün birbaşa dialoqa başlamalıdır. O, 1953-cü ildə imzalanmış atəşkəs razılaşmasının davamlı sülh rejimi ilə əvəzlənməsini təklif edib.

Cənubi Koreya liderinin sözlərinə görə, mümkün danışıqlarda Şimali Koreyanın nüvə proqramının inkişafının qarşısının alınması məsələsi də müzakirə oluna bilər.

Qeyd edək ki, Koreya müharibəsi 1953-cü ildə sülh müqaviləsi ilə deyil, atəşkəs razılaşması ilə başa çatıb. Bu səbəbdən iki Koreya texniki olaraq hələ də müharibə vəziyyətində hesab olunur. Şimali Koreya isə hazırda Seulun təklifinə rəsmi münasibət bildirməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər