60 il öncənin REKORDU YENİLƏNDİ: Moskvada “həyat donur”

60 il öncənin REKORDU YENİLƏNDİ: Moskvada “həyat donur”
21.02.2026 13:30 Dünya

Moskvadakı VDNX meteoroloji stansiyasında yağan qar normal səviyyədən təxminən iki dəfə çox olub və 1966-cı ilin rekordunu qırıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Bildirilib ki, qarın qalınlığı iqlim normasından 1,8 dəfə çoxdur və hazırda 70 santimetrdir. 

Bununla da 1966-cı ildəki rekordu qırılıb, həmin gün qarın qalınlığı 64 santimetr olub. 

Qeyd edək ki,  əlverişsiz hava şəraiti səbəbindən Moskva hava limanlarında təxminən 140 uçuş ləğv edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər