47 nəfərin öldüyü bar 6 İL ÖNCƏ təhlükəsizlik yoxlamasından keçib

Dünya

07.01.2026 11:08

İsveçrənin Krans-Montana şəhərinin meri Nikolas Feraud mətbuat konfransında bildirib ki, yanğın baş verən barda son təhlükəsizlik yoxlaması 2019-cu ildə aparılıb.

TodayPress TV xəbər verir ki, araşdırmalar zamanı 2020-2025-ci illər arasında müəssisədə heç bir dövri təhlükəsizlik təftişinin keçirilmədiyi məlum olub.

Mer bu vəziyyətdən dərin təəssüf hissi keçirdiyini deyərək, yoxlamaların aparılmamasının baş verən faciəyə təsirini məhkəmə orqanlarının araşdıracağını qeyd edib.

Müfəttişlərin ilkin rəyinə görə, yanğın şampan şüşələri üzərindəki dekorativ şamların tavana çox yaxın yerləşdirilməsi nəticəsində baş verib. Hazırda tavandakı səs izolyasiya materialının yanğın təhlükəsizliyi qaydalarına uyğun olub-olmadığı və bar daxilində bu cür şamların istifadəsinə icazə verilib-verilmədiyi araşdırılır.

Qeyd olunub ki, ötən ilin sentyabrında kənar ekspert binada səs izolyasiyası ilə bağlı təhlil aparıb, lakin bu hesabat yalnız səs-küy normalarını əhatə edib.

Valais vilayət prokurorluğu bar operatorlarına qarşı hüquqi prosesə başlayıb. Onlar ehtiyatsızlıqdan adam öldürmə, ehtiyatsızlıqdan xəsarət yetirmə və yandırma maddələri ilə ittiham olunurlar.

Mer bu vəziyyətdən dərin təəssüf hissi keçirdiyini deyərək, yoxlamaların aparılmamasının baş verən faciəyə təsirini məhkəmə orqanlarının araşdıracağını qeyd edib.

Müfəttişlərin ilkin rəyinə görə, yanğın şampan şüşələri üzərindəki dekorativ şamların tavana çox yaxın yerləşdirilməsi nəticəsində baş verib. Hazırda tavandakı səs izolyasiya materialının yanğın təhlükəsizliyi qaydalarına uyğun olub-olmadığı və bar daxilində bu cür şamların istifadəsinə icazə verilib-verilmədiyi araşdırılır.

Hadisədə 40 nəfərin həlak olduğu, 116 nəfərin isə yaralandığı təsdiqlənib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsveçrə,Yanğın,Nöqsan,Yoxlanış,Todaypress.tv,