25 ştat Trampa qarşı “ayağa qalxdı” - Məhkəməyə müraciət edildi

25 ştat Trampa qarşı “ayağa qalxdı” - Məhkəməyə müraciət edildi
04.08.2026 19:40 Dünya

ABŞ-nin 25 ştatı Prezident Donald Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edib.

TodayPress TV xəbər verir ki, “Associated Press”in məlumatına görə, ştatlar yeni tariflərin tətbiqinə etiraz edərək bunun ABŞ Ali Məhkəməsinin daha əvvəl ləğv etdiyi idxal vergilərini başqa formada tətbiq etmək cəhdi olduğunu bildiriblər.

Ötən ay ABŞ 59 ölkə və Avropa İttifaqından idxal olunan məhsullara ikirəqəmli tariflər tətbiq edib. Vaşinqton bu qərarı həmin ölkələrin məcburi əməyin tətbiqi ilə istehsal olunan məhsulların idxalına qarşı kifayət qədər mübarizə aparmaması ilə əsaslandırıb.

Yeni tariflər Trampın Ali Məhkəmədə məğlubiyyətindən sonra tətbiq etdiyi müvəqqəti rüsumların müddəti başa çatdıqdan dərhal sonra qüvvəyə minib.

Məhkəməyə müraciət edən ştatlar arasında Arizona, Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Kentukki, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Şimali Karolina, Oreqon, Pensilvaniya, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin yer alır.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər