1990-cı illərdə naməlum uçan obyektlərin texnologiyası araşdırıldı

Dünya

05.01.2026 19:30

Britaniya ordusu 1990-cı illərdə naməlum uçan obyektlərə (UNO/UAP) və mümkün yadplanetli texnologiyalara ciddi maraq göstərib. Kəşfiyyat qurumları bu cür texnologiyaların ölkənin müdafiə qabiliyyətini gücləndirə biləcəyini düşünürdülər.

TodayPress TV xəbər verir ki, bu barədə “Sunday Times” qəzeti məlumat yayıb.

1989-1990-cı illərdə Belçikada minlərlə izah olunmayan hava hadisəsi qeydə alındıqdan sonra Britaniyanın Müdafiə Kəşfiyyatı bu müşahidələri araşdırmağa başlayıb. Sənədlərdə qeyd olunur ki, səmada görülən bəzi obyektlər mövcud texnologiyalardan xeyli üstün manevr və sürət qabiliyyəti nümayiş etdirib.

Hesabatlarda səssiz, qara üçbucaq formalı obyektlərdən, eləcə də F-16 qırıcılarını geridə qoyan uçuşlardan bəhs edilir. Kəşfiyyatçılar əgər bu texnologiya realdırsa, onu əldə etməyin dəyərli ola biləcəyini bildiriblər.

Sənədlərdə ABŞ-nin Britaniyadakı Rendlesham Forest hərbi bazası yaxınlığında naməlum işıqlı obyektin yerə endiyi iddiasına da yer verilib. Hadisənin hərbçilər tərəfindən müşahidə edildiyi qeyd olunur.

Bununla yanaşı, sənədlərin müəllifləri bu mövzunun istehza və zarafatlara səbəb ola biləcəyini qəbul etsələr də, məsələyə açıq və qərəzsiz yanaşmağın vacibliyini vurğulayıblar.

Hazırda bu sənədlər London yaxınlığındakı "Kew" Milli Arxivində saxlanılır. Böyük Britaniyanın Müdafiə Nazirliyi isə 2009-cu ildən sonra UNO/UAP araşdırmalarını dayandırdığını və gələcəkdə bu sahəyə vəsait ayırmağı planlaşdırmadığını açıqlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ordu,Obyekt,Yadplanetli,Texnologiya,Todaypress.tv,