17 dəfə kosmosda olan raketdən möhtəşəm uğur: Kosmik nəhəngin növbəti sınağı - VİDEO

17 dəfə kosmosda olan raketdən möhtəşəm uğur: Kosmik nəhəngin növbəti sınağı - VİDEO
29.06.2026 09:43 Dünya

SpaceX-in Falcon 9 raketi ABŞ-nin Sirius SXM-11 rabitə peykini uğurla orbitə çıxarıb.

TodayPress TV xəbər verir ki, buraxılış ABŞ-nin Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib.

Təxminən 7 ton ağırlığında olan və Sirius XM Holdings şirkətinə məxsus peyk 15 il ərzində Şimali Amerikada peyk radio yayımı xidmətləri göstərəcək.

Bu, həmin peyk şəbəkəsində orbitə çıxarılan səkkizinci peykdir.

Missiyada istifadə olunan Falcon 9 raketinin birinci pilləsi isə 17-ci dəfə istifadə olunub.

Ayrıldıqdan sonra o, Atlantik okeanındakı üzən platformaya uğurla eniş edib.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər