1-ci saatdan 5-ci saata: Trampın açıqladığı dəhşətli gecə planı
Dünya
07.04.2026 20:52
ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi iddia böyük narahatlıq doğurub. TodayPress TV xəbər verir ki, Tramp “bu axşam bütöv bir sivilizasiya məhv olacaq” ifadəsini işlədib. İddialara görə, hadisələrin saatbasaat mümkün inkişaf ssenarisi belə təqdim olunur: 1-ci saat: İranın Tehran, İsfahan, Şiraz, Təbriz və Məşhəd şəhərlərində yerləşən əsas elektrik stansiyalarına koordinasiyalı zərbələr endirilir. Ölkə üzrə genişmiqyaslı enerji kəsintisi baş verir. 2-ci saat: Xəstəxanalar generator rejiminə keçir. Yanacaq ehtiyatlarının məhdud olması səbəbindən humanitar vəziyyətin ağırlaşacağı bildirilir. 3-cü saat: Su təmizləyici sistemlər fəaliyyətini dayandırır. Əhalinin təmiz suya çıxışında ciddi problemlər yaranır.
4-cü saat: Mobil rabitə və internet infrastrukturu sıradan çıxır. Ölkə informasiya baxımından təcrid olunur. 5-ci saat: İranın hərbi və regional müttəfiq qüvvələrinin cavab tədbirləri görəcəyi, bunun daha genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyi qeyd olunur. Qeyd edilir ki, bu məlumatlar müxtəlif mənbələrə istinadən yayılıb və rəsmi şəkildə təsdiqlənməyib.
Aysel Mətləb
tag: Tramp,İran,Müharibə,Məhv,TodayPress TV,
