"YAŞAT" mükafatlarla bağlı statistikanı açıqladı
Cəmiyyət
08.12.2025 10:51
"YAŞAT" Fondunun 2020–2025-ci illər üzrə fəaliyyətinə dair təqdimat zamanı ali təhsil müəssisələrinə qəbul olanlara ayrılan birdəfəlik mükafatların statistikası açıqlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, fond tərəfindən 2021–2025-ci illəri əhatə edən dövrdə ümumilikdə 266 müraciət qəbul edilib və bu məqsədlə 532 000 manat vəsait xərclənib.
İllər üzrə göstəricilər aşağıdakı kimidir:
• 2021-ci il: 41 müraciət, 82 000 manat xərclənib.
• 2022-ci il: 37 müraciət, 74 000 manat xərclənib.
• 2023-cü il: 47 müraciət, 94 000 manat xərclənib.
• 2024-cü il: 73 müraciət, 146 000 manat xərclənib.
• 2025-ci il: 68 müraciət, 136 000 manat xərclənib.
Açıqlanan məlumata görə, illər üzrə həm müraciət sayında, həm də ayrılan vəsaitdə artım müşahidə olunub.
Qiymət Mahir
tag: Yaşat,Fond,Mükafat,Açıqlama,Todaypress.tv,
