"YAŞAT" müalicə və psixoloji dəstək xərclərini açıqladı

Cəmiyyət

08.12.2025 10:33

"YAŞAT" Fondunun 2020–2025-ci illər üzrə fəaliyyət istiqamətləri çərçivəsində xərclənən vəsait və müraciət dinamikası barədə yeni məlumatlar təqdim edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 2020–2025-ci illər ərzində 42 246 250 manat vəsait xərclənib.  

Bu dövrdə fonda 12 606 müraciət daxil olub. Müraciət edənlər arasında 5 563 şəhid ailəsi üzvü, 7037 yaralı, eləcə də 6 itkin şəxsin ailə üzvü yer alıb.

Müalicə və psixoloji dəstək xərclərinin qarşılanması üzrə göstərilən dövrdə ümumilikdə 37 911 765.02 manat məbləğində vəsait sərf edilib. Bu istiqamət üzrə 77 263 müraciət qeydə alınıb. Müraciətlərin 51 325-i şəhid ailəsi üzvü, 25 934-ü yaralı, 4-ü isə itkin şəxsin ailə üzvü olub.

İstehlak kreditləri və borc öhdəliklərinin qarşılanması istiqamətində 2020–2025-ci illər ərzində 7 011 408.82 manat xərclənib və toplam 2 300 müraciət daxil olub. Bu müraciətlərin 918-i şəhid ailəsi üzvü, 1 379-u yaralı, 3-ü isə itkin şəxsin ailə üzvü tərəfindən edilib.

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqamətində xərclənən vəsaitin məbləği 4 571 727.55 manat təşkil edib. Bu dövrdə 1 730 müraciət qeydə alınıb. Müraciətlərin 1 450-si şəhid ailəsi üzvü, 280-i yaralı şəxsin ailə üzvü olub.

Qiymət Mahir

TodayPress TV

tag: YAŞAT,Fond,Müalicə,Xidmət,Todaypress.tv,