"YAŞAT" kimləri müalicə üçün xaricə göndərir?

Cəmiyyət

08.12.2025 10:47

"YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov qazi, veteran və şəhid ailəsi üzvlərinin hansı hallarda müalicə üçün ölkə xaricinə göndərildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Elvin Hüseynovun sözlərinə görə, şəxsin xaricə göndərilməsi üçün ilk şərt onun ölkə daxilində müalicəsinin mümkün olmaması ilə bağlı tam əminlik yaratmaqdır. 

O bildirib ki, bunun üçün müvafiq tibbi konsilium keçirilir və həkimlərin yekdil rəyi formalaşdıqdan sonra qərar qəbul edilir.

“Əmin olmalıyıq ki, həmin şəxsin ölkə səhiyyəsində müalicəsi mümkün deyil. Bu halda onu xaricə göndərə bilirik. Şəxslərlə bağlı konsilium keçirilir, yekun qərar qəbul edilsə ki, onların müalicəsi xaricdə olmalıdır, o zaman göndərilirlər,” – deyə  o vurğulayıb.

Qiymət Mahir

TodayPress TV

tag: Yaşat,Fond,Müalicə,Qərar,Todaypress.tv,