"YAŞAT” Fondunun həyata keçirdiyi layihələrin STATİSTİKASI

Cəmiyyət

08.12.2025 10:50

“YAŞAT” Fondunun 5 illik fəaliyyəti çərçivəsində müxtəlif sosial və dəstək layihələrinin icrası barədə yeni məlumatlar mediaya açıqlanıb. 

TodayPress TV xəbər verir ki, Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun açıqlamasına görə, bu günədək ümumilikdə 67 layihə həyata keçirilib və həmin layihələrdə 29 136 nəfər iştirak edib.

Layihələr üzrə iştirakçı göstəriciləri belədir:

“YAŞAT” düşərgəsi – ümumi iştirakçı sayı 1 269 nəfər.

Yay məktəbləri (London, Frankfurt, İstanbul, Antalyа) – ümumi iştirakçı sayı 85 nəfər.

Hədiyyə karvanı – ümumi uşaq sayı 6 463 nəfər.

Məktəbli ləvazimatları layihəsi – ümumi şagird sayı 5 844 nəfər.

Açıqlanan statistika Fondun müxtəlif istiqamətlərdə uşaqlar, gənclər və ailələr üçün genişmiqyaslı sosial dəstək layihələri həyata keçirdiyini göstərir.

Qiymət Mahir

TodayPress TV

tag: YAŞAT,Fond,Qarabağ ,Elvin Hüseynov,Todaypress.tv,