"YAŞAT" Fondunun əsas göstəriciləri açıqlandı

Cəmiyyət

08.12.2025 10:31

"YAŞAT" Fondunun 5 illik fəaliyyəti ilə bağlı əsas göstəriciləri açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bildirib.  

Onun sözlərinə görə, Fond yaradılan gündən struktur formalaşdırılıb, şəhid ailələrinin ehtiyacları qeydə alınıb və müraciətlərin təmin olunmasına başlanılıb. Bu kontekstdə 300-dən artıq yataq vəziyyətində olan qazi fond tərəfindən ziyarət edilib.

"YAŞAT" Fondunun 4 fəaliyyət istiqaməti üzrə indiyədək 93 622 394.16 manat xərclənib.

Ümumi qeydə alınmış müraciətlərin sayı 93 897 olub və müraciəti reallaşdırılan şəxslərin sayı 18 566-ya çatıb.

Çağrı mərkəzinə 287 252 müraciət daxil olub.

Fond tərəfindən 6 463 müraciət qəbul edilib.

Sosial media üzərindən isə 44 684 müraciət daxil olub.

Qiymət Mahir

TodayPress TV

tag: Yaşat,Fond,Fəaliyyət,Açıqlama,Todaypress.tv,