Yaşar Nurinin qızı vəfat etdi

Yaşar Nurinin qızı vəfat etdi
15.11.2025 14:01 Cəmiyyət

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində sənətkarın həyat yoldaşı Rəhimə bildirib. O qeyd edib ki, gecə saat 4-də qızın qəfildən halı pisləşib və rəhmətə gedib:

"Gündüz gülüb-danışdıq. Axşam zəng edib ki gəl. Qəfildən oldu".

Ülviyyənin 47 yaşı var idi.

Xatırladaq ki, Yaşar Nurinin iki qızı var. Onun digər qızı Ülkər isə müğənnidir.

TodayPress TV


XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər