Yasamalın qaz təchizatında fasilə yarandı

Yasamalın qaz təchizatında fasilə yarandı
30.06.2025 10:02 Cəmiyyət

Bakının Yasamal rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranıb.

TodayPress TV bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, bu gün saat 04:20-də Yasamal rayonu, A.Abbasov küçəsində qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

A. Abbasov, A. Şərifzadə küçələrinin tam olaraq, M. Seyidov küçəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər