Tomat ixracından gəlir 5 %-ə yaxın artdı

Tomat ixracından gəlir 5 %-ə yaxın artdı
30.06.2025 16:59 Cəmiyyət

Bu ilin yanvar-may aylarında Azərbaycan 113,8 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur.

Təkcə mayda isə Azərbaycan 39,1 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,55 % çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər