Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?

Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
14.05.2026 14:45 Cəmiyyət

İran ətrafında və Hörmüz boğazında baş verən hadisələr, ABŞ-İsrail-İran qarşıdurması və logistika yollarının tam açılmaması enerji daşıyıcılarının qiymətinə ciddi təsir göstərir. Neftin bahalaşması aviakerosinin də qiymətini artırıb və hazırda bu sahədə 40%-dən çox bahalaşma müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli qlobal enerji bazarında baş verən proseslərin aviasiya və turizm sektoruna təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, yanacaq aviaşirkətlərin uçuş qiymətlərini müəyyənləşdirməsində əsas meyarlardan birini təşkil edir:

“Aviabiletlərin maya dəyərinin təxminən 35-40%-i yanacağın payına düşür. Ona görə də yanacağın bahalaşması onların qiymət strategiyasına birbaşa təsir edir. Amma məsələ təkcə qiymət artımı deyil, hazırda aviakerosin çatışmazlığı problemi də yaşanır.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt dünyada əsas aviayanacaq ixracatçıları sırasında yer alır və regiondakı gərginlik bu tədarük zəncirinə təsir göstərir. Hazırda ABŞ Avropa bazarına daha çox aviayanacaq satmağa başlayıb və bundan əsas qazanan da Amerika şirkətləri olur. Amma yay turizm mövsümünün yaxınlaşması fonunda aviayanacaq çatışmazlığı bir çox aviaşirkəti bəzi reysləri təxirə salmağa və ya daha rentabelli istiqamətlərə üstünlük verməyə məcbur edə bilər”.

N.Cəfərli vurğulayıb ki, problemin uzanması qlobal turizm sektorunda ciddi çətinliklər yarada bilər:

“Turizm qlobal iqtisadiyyatda mühüm yer tutur və bir çox sahəni öz arxasınca aparır. Əgər münaqişə uzansa və mayın sonuna qədər vəziyyət sabitləşməsə, iyun ayından başlayacaq turizm mövsümü həm aviaşirkətlər, həm də turizm sektoru üçün ciddi problemlərlə müşayiət oluna bilər”.

Ekspert hesab edir ki, yaxın həftələrdə vəziyyətin yumşalması ehtimalı var:

“Bu vəziyyət İran üçün də ciddi iqtisadi zərbədir. Ölkə artıq uzun müddətdir blokada şəraitində yaşayır və ixrac imkanlarında problemlərlə üzləşir. ABŞ prezidentinin Çinə səfəri də Hörmüz boğazı ətrafındakı proseslərə təsir göstərə bilər. Çünki Çin də həmin marşrutda yaranan problemlərdən zərər görən əsas ölkələrdən biridir”.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 Bütün Xəbərlər