TƏBİB-in keçmiş sədrinə yeni vəzifə verildi

TƏBİB-in keçmiş sədrinə yeni vəzifə verildi
26.01.2026 12:24 Cəmiyyət

Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin İdarə Heyətinin yeni tərkibi formalaşıb.

TodayPress TV "Unikal"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı sözügedən İctimai Birliyin sədri seçilib.

Qeyd edək ki, R.Bayramlı 2019-cu ildə TƏBİB-in sədri vəzifəsinə təyin olunmuşdu. O, 2021-ci ilin sentyabrında isə öz ərizəsi ilə işdən ayrılıb. R.Bayramlı yeni vəzifəsinə kimi Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyində sədr müavini vəzifəsində çalışırdı.

TodayPress TV 

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər