TƏBİB-də yüksək vəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksək vəzifəli şəxs işdən çıxarıldı
18.03.2026 15:41 Cəmiyyət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri işdən çıxarılıb.

TodayPress TV xəbər verir ki, müvafiq əmrlə Elşad Məmmədli sözügedən vəzifəsindən azad edilib.

Qeyd edək ki, Elşad Məmmədli 2024-cü ilin fevral ayında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə müşavir təyin olunmuşdu.

Vüqar Qurbanov işdən çıxarıldıqdan sonra onun ən yaxın adamı sayılan Elşad Məmmədli də öz ərizəsi ilə vəzifəsindən gedib.

(Qaynarinfo)    

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər