Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı

Sürücülərə ŞAD XƏBƏR! Bu yollarda təmir işləri yekunlaşdı
18.08.2026 19:17 Cəmiyyət

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur.

Bu barədə TodayPress TV-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, proqram çərçivəsində paytaxtın bütün inzibati rayonlarını əhatə edən 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub.

Artıq 30 yol sahəsində işlər yekunlaşdırılıb, 20-yə yaxın küçə və prospektdə isə təmir işləri davam etdirilir.

Təmir işləri mərhələli şəkildə nəzərdə tutulan bütün ünvanlarda həyata keçiriləcək.

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər