Sumqayıtda su kəsiləcək

Sumqayıtda su kəsiləcək
26.01.2026 13:41 Cəmiyyət

Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq.

“Anlayışla qarşıladıqlarına görə, abonentlərə minnətdarlığımızı bildiririk”,-məlumatda qeyd edilib.

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər