Sumqayıtda 8500 abonentin qazı kəsiləcək

Sumqayıtda 8500 abonentin qazı kəsiləcək
26.11.2025 12:50 Cəmiyyət

Sumqayıt şəhərində 8500 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən TodayPress TV-yə verilən məlumata görə, şəhərin 9, 10, 11, 12, 17 və 18-ci mikrorayonlarının bir hissəsində yerləşən D150 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar həmin ərazilərdə yaşayan 8500 abonentin qaz təchizatı bu gün saat 14:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər