Sərnişin var, vaqon yox - Qatar biletləri niyə çatmır?

Sərnişin var, vaqon yox - Qatar biletləri niyə çatmır?
24.06.2026 13:54 Cəmiyyət

Sərnişinlərin qatar biletlərinin tez tükənməsi və əlavə reyslərin niyə təyin olunmaması ilə bağlı suallarına Azərbaycan Dəmir Yolları (ADY) aydınlıq gətirib.

TodayPress TV xəbər verir ki, ADY-nin açıqlamasına görə, artan tələbat nəzərə alınaraq, ilkin mərhələdə 6 vaqonla həyata keçirilməsi planlaşdırılan reyslər hazırda 7 vaqonla istismara buraxılır.

Qurumdan bildirilib ki, mövcud imkanların daha da artırılması istiqamətində işlər davam etdirilir.

“Yüksək tələbat nəzərə alınaraq, ilkin olaraq 6 vaqonla həyata keçirilməsi planlaşdırılan reyslər hazırda 7 vaqonla səfərə çıxır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır".

Həmçinin sərnişinlərə səyahət tarixlərinə uyğun biletləri mütəmadi olaraq yoxlamaq tövsiyə edilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər