Şəkərli diabet xəstələrinin sayı açıqlandı

Şəkərli diabet xəstələrinin sayı açıqlandı
20.07.2025 09:05 Cəmiyyət

2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 134-ü insulindən asılı, 32 399-u isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Həmçinin, 2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 423 523 nəfər olub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər