Ramin Məmmədov Bakıda vətəndaşları qəbul etdi

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul etdi
27.11.2025 15:45 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun noyabrın 27-də Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.

Bu barədə TodayPress TV-yə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər