Qarabağ atları Əbu-Dabidə nümayiş olundu
Cəmiyyət
05.12.2025 12:18
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Qarabağ atları nümayiş olunub. Tədbirdə Azərbaycanın milli musiqisi və rəqsləri də maraqla qarşılanıb.
Bu barədə TodayPress TV-yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da iştirak edib.
Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb.
Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrilib.
tag: Qarabağ,At,Nümayiş,DSX,Todaypress.tv,
