Paytaxtda möhtəşəm Novruz şənliyi

Paytaxtda möhtəşəm Novruz şənliyi
19.03.2026 11:30 Cəmiyyət

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi paytaxt Bakıda da xüsusi coşqu və böyük məhəbbətlə qeyd edilir.

TodayPress TV xəbər verir ki, Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Bakı sakinləri, və şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri internat məktəblərinin şagirdləri üçün “Ruhumuza bahar gəlir” adlı möhtəşəm Novruz şənliyi təşkil edilib. 

Yüksək bayram əhval-ruhiyyəsində təşkil edilən və xüsusi zövqlə bəzədilmiş parkda  xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb. Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlılar, dəvələrin, ponilərin müşayəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar və çalğıçılar iştirak ediblər. 

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə populyar incəsənət nümayəndələri ilə yanaşı rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub. 

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub.  Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib, Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.  

Gün ərzində davam edən bayram tədbiri iştirakçıların böyük sevincinə səbəb olub və bayram əhval-ruhiyyəsi yaradıb.

TodayPress TV

FOTOLAR

Paytaxtda möhtəşəm Novruz şənliyi — 1
Paytaxtda möhtəşəm Novruz şənliyi — 2
Paytaxtda möhtəşəm Novruz şənliyi — 3
Paytaxtda möhtəşəm Novruz şənliyi — 4
Paytaxtda möhtəşəm Novruz şənliyi — 5
Paytaxtda möhtəşəm Novruz şənliyi — 6
Paytaxtda möhtəşəm Novruz şənliyi — 7
Paytaxtda möhtəşəm Novruz şənliyi — 8
Paytaxtda möhtəşəm Novruz şənliyi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 Bütün Xəbərlər