Ölkədə leysan, şimşək və dolu gözlənilir

Ölkədə leysan, şimşək və dolu gözlənilir
15.11.2025 12:39 Cəmiyyət

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər