O, Azərbaycanın mənzil fondunu iki dəfə artırdı — Deputat

O, Azərbaycanın mənzil fondunu iki dəfə artırdı — Deputat
15.05.2026 12:54 Cəmiyyət

“Azərbaycanda şəhərsalmanın ən pik nöqtəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə oldu”.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, 13 il ərzində — 1969-1982-ci illərdə Azərbaycanda mənzil fondu iki dəfə artıb:

“Bu o deməkdir ki, 1969-cu ildə neçə ailənin mənzili var idisə, 1982-ci ildə artıq iki dəfə çox ailənin mənzili var idi. 250 yeni müəssisə, 6 yeni universitet açıldı. 13 il ərzində meliorasiya — kənd təsərrüfatının əsasını təşkil edən sahəyə ondan əvvəl 50 il ərzində nə qədər maliyyə imkanı yönəldilmişdisə, 13 il ərzində o qədər yönəldildi. Tamamilə yeni bir Azərbaycan yaradıldı”.

Parlamentari bildirib ki, 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması da Ulu Öndərin gələcəyə planlarından biri idi:

“Cənubi Qafqazda yeganə İnşaat Mühəndisləri İnstitutu məhz Azərbaycanda idi. Bu xətt indi Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Azərbaycanda bu gün şəhərsalma mədəniyyəti ən müasir tələblərə uyğun olaraq həyata keçirilir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər