Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq

Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq
26.11.2025 14:28 Cəmiyyət

Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibi formalaşdırılacaq.

TodayPress TV Şuraya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun sədri Rəşad Məcid açıqlayıb.

O bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir:

"Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm".

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər