İki günə 500-dən çox reys həyata keçirildi - RƏSMİ

İki günə 500-dən çox reys həyata keçirildi - RƏSMİ
27.06.2025 13:30 Cəmiyyət

25-26 iyun tarixlərində paytaxtdan bölgələrə 16485 sərnişin daşınıb.

TodayPress TV xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib.

Adi günlərdə xətlərə 200-ə yaxın reys buraxılırsa, iki gün ərzində BBAK-dan əlavə olaraq 113 reys həyata keçirilib.

Sərnişinlərin 33 faizindən çoxu biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər