İcbari tibbi sığortaya müraciətlər artıb - RƏSMİ

Cəmiyyət

08.12.2025 10:49

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cari ilin 11 ayı üzrə statistikanı açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də bildirib.

Onun sözlərinə görə bu ilin 5 milyon 131 mindən çox vətəndaş dövlət tibb ayı ərzində müəssisələrində icbari tibbi sığortadan faydalanıb və onlara 86 milyondan çox tibbi xidmət göstərilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərdə 4%, tibbi xidmətlərdə isə 12% artım qeydə alınıb. 

Artım tendensiyası tibbi xidmətlərə çıxışın genişləndiyini və icbari tibbi sığorta sisteminə inamın yüksəldiyini göstərir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İcbari Tibbi Sığorta,Statistika,Təlim,Açıqlama,Todaypress.tv,