İcbari tibbi sığorta ilə ƏN ÇOX İCRA OLUNAN ƏMƏLİYYATLAR
Cəmiyyət
08.12.2025 10:56
"2025-ci ilin ilk 11 ayında dövlət tibb müəssisələrində 347 mindən çox əməliyyat və prosedur icra olunub".
TodayPress TV xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də deyib
Onun sözlərinə görə, dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar əsasən uroloji, təbii doğuş və qeysəriyyə kəsiyi əməliyyatları olub.
"Əməliyyatların aparıldığı aparıcı tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və Gəncə Şəhər Birləşmiş Xəstəxanası yer alır", - deyə o bildirib.
Türkan İsgəndərli
tag: Marketinq ,Sığorta ,TƏBİB , Aynurə Əhmədova,Todaypress.tv,
