Həm xərçəngə qalib gəldi, həm də olimpiadada qızıl medal qazandı

Cəmiyyət

06.05.2026 23:52

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb.

TodayPress TV bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir.

Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.

Bildirilib ki, Emin daha əvvəl - səkkizinci sinifdə də olimpiadanın qızıl medalçısı olub.

Qeyd edək ki, o, ağır xərçəng xəstəliyi səbəbindən bir il təhsilindən uzaq qalsa da, mübarizə apararaq yenidən uğur qazanıb.

TodayPress TV

tag: Şagird,Xərçəng,Olimpiada,Sosial,Todaypress.tv,