Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxıldılar

Gürcüstan gömrüyündə saxlanılan Azərbaycanın yük avtomobilləri sərbəst buraxıldılar
26.11.2025 22:40 Cəmiyyət

Batumidə və Tbilisidə 20 gündən artıq saxlanılan Azərbaycana aid yük avtomobillərinin problemi həll edilib.

TodayPress TV xəbər verir ki, bu barədə yük avtomobillərindən birinin sürücüsü məlumat yayıb.

Məlumata görə, artıq praktiki proseslər başlayıb.

Hazırda gömrükdə saxlanılan Azərbaycan maşınlarının yükləri keçid üçün hazırlanır. Batumi və Tbilisi terminallarında vəziyyət normallaşmağa başlayıb.

Həm Azərbaycanın bu ölkədəki səfirliyi, həm də Gürcüstanın əlaqədar qurumları məsələnin operativ həll olunduğunu təsdiqləyirlər.

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər