Gəncədə doğulmuşam, amma erməniyəm - gəlməyə icazə istəyirəm - VİDEO
Cəmiyyət
13.05.2026 11:00
Gəncədə doğulub böyüyən erməni əsilli şəxsin Azərbaycan haqqında fikirləri gündəm oldu.
Jurnalist: Azərbaycan haqqında nə düşünürsünüz?
Adam: Zəngin, yaşıl və qonaqpərvər ölkədir. Kömək istəyənlərə hər zaman yardım edirlər.
Jurnalist: Orada anadan olmusunuz?
Adam: Azərbaycanın Gəncə şəhərində anadan olub, böyümüşəm.
Jurnalist: Amma ermənisiniz?
Adam: Bəli, erməniyəm.
Jurnalist: Azərbaycan siyasəti haqqında nə düşünürsünüz?
Adam: Mən həqiqətən Azərbaycan və Ermənistan arasında sülh istəyirəm. Onsuz da hər zaman qonşu ölkələr olacaqlar. Buna görə də danışıq aparılmalı, onların bizə, bizim də onlara getməyimizə icazə verilməlidir.
Jurnalist: Azərbaycan dilini bilirsiniz?
Adam: Bəli, çox yaxşı bilirəm.
Jurnalist: Azərbaycan dilində nəsə deyə bilərsiniz?
tag: Erməni,Jurnalist,Azərbaycan,Ermənistan,Todaypress.tv,
